15 iyun tarixi Qurtuluşumuzun rəmzidir!
Siyasət
18.06.2021 13:11
59

15 iyun tarixi Qurtuluşumuzun rəmzidir!

1993-cuilin 15 iyunu Azərbaycanın tarixində unudulmaz iz saldi. Həmin illər ərzində dövlətimiz çox çətin dövr yaşasa da Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə  dövlətmizo vaxtki yarıtmaz hakimiyyətin əməlləri nəticəsində düşdüyü çirkabdan xilas oldu, Azərbaycan milli dirçəliş ve inkisaf yoluna qədəm qoydu. Bu tarixlə bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahədə yenidənqurma ve inkişaf dövrünün əsası qoyuldu. Qısa zamanda ölkədə əhəmiyyətli islahatlar aparıldı.

Müasir gənclərin bu tarixi dərindən oyrənməsi çox vacibdir və böyük əhəmiyyətə malikdir. Məhz Qurtuluş Günü xalqımızın daha rahat, firavan həyat sürməsinə şərait yaratdı, Azərbaycan gəncliyinə yeni yol açdı. Ulu Öndər həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı ve gələcək inkişaf strategiyasının əsasını təşkil edir.1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması  da həmin dövrün  səciyyəvi  xüsusiyyətlərini, eyni zamanda həmin tarixdən başlanan qurtuluşu özündə əks etdirir. Artıq Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulub. Bu gün Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetirməsi və davamçısı olan Prezident cənab İlham Əliyev iqtisadi-siyasi sahələrdə zamında təməli atılmış işləri ən yüksək səviyydə davam və inkişaf etdirir. Ulu Öndər siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi və bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azerbaycan butun sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir.

Xalqımız bu il Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, fərqli hədəflərlə, arzu ve istəklərlə qeyd edir.  Çünki möhtəşəm zəfərimiz sayəsində bu tarixi günü əsl toy-bayram ovqatı ilə qarşılayır xalqımız. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Milli Qurtuluş Gününü tarixi Zəfərimizlə qeyd etmək xoşbəxtliyini xalqımıza yaşadan Prezidentimiz cənab İlham Əliyevə və Rəşadətli, Müzəffər Azerbaycan Ordusuna minnətdarlığını ifadə edir. Tarixi Zəfərinə yol acan Milli Qurtuluş Günün Mübarək, Azərbaycan!


Dünya Həziyeva

 Neftçala rayon sakini

Loading...