“2010-cu ildə parlament Kəlbəcərin Azərbaycan ərazisi olması ilə bağlı qanun qəbul edib”  – Paşinyan
Siyasət
22.12.2020 12:04
187

“2010-cu ildə parlament Kəlbəcərin Azərbaycan ərazisi olması ilə bağlı qanun qəbul edib” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Sotk (Zod) bölgəsinin sərhədlərini müəyyənləşdirən sənədləri ictimaiyyətə təqdim edib.


MediaBaku.az Qazet.az-a istinadən xəbər verir ki, bu barədə ölkə rəhbəri öz “Facebook” hesabında məlumat verib.


“Bu, Ermənistan Respublikasının 2010-cu ildə qəbul olunan inzibati ərazi bölgüsü qanununun mətnidir. Bu gün silahlı qüvvələrimiz bu qanuna uyğun formada sərhəddə yerləşdiriliblər. Bu qanun dövlət tərəfindən irəli sürülüb. İndi bu layihənin lehinə səs verən bir çox deputatlar, nazirlər Kəlbəcərin Azərbaycanın bir hissəsi olduğunu təsdiq edən bu qanuna baxmayaraq, rayonun Azərbaycana verilməsinə görə bizi günahlandırırlar”, – Paşinyan paylaşımında qeyd edib.


Qeyd edək ki, müxtəlif Ermənistan KİV Baş nazirin qeyd etdiyi bu qanunun 2010-cu ildə qəbul edilmədiyini, həmin tarixdə sadəcə qanuna dəyişikliklər olduğunu yazıb. Əsas qanunun isə 1995-ci il noyabrın 7-də qəbul olunduğu bildirilib.

Loading...