2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqləndi - SƏRƏNCAM
İqtisadiyyat
22.07.2022 13:44
883

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqləndi - SƏRƏNCAM

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib.


MediaBaku.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev  sərəncam  imzalayıb.


Sərəncama əsasən, Strategiyada nəzərdə tutulmuş  tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Nazirlər Kabineti həyata keçirəcək.


Nazirlər Kabineti Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.


Həmçinin icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.


Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.


Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Strategiyada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2023‒2026-cı illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görəcək.

Loading...
Loading...