30 il öncə ziyalıları ilə tanınan Lerik indi həm də qəhrəmanları ilə tanınır! Əlizamin Rzayev
Cəmiyyət
04.11.2020 18:36
135

30 il öncə ziyalıları ilə tanınan Lerik indi həm də qəhrəmanları ilə tanınır! Əlizamin Rzayev

Mən bir YAP Gənclər Birliyinin fəal gənci olaraq əminliklə bütün Lerik gənclərinin adından danışıram: sonuncu torpağımız da işğaldan azad edilən kimi hər birimiz müsəllah əsgərik! Nəinki Lerik gəncləri bütünlükdə Azərbaycan gəncləri vətən yolunda canını fəda etməyə hazırdır!

Bəli, ürəyində vətən eşqi, vətən sevdası olan hər bir gənc kimi mən də növbəmi gözləyirəm!
Son zamanlar bir sıra torpaqlarımızın işğaldan azad edilməsi, həmçinin Cənab Prezidentin qələbə xəbərini çatdırmaq üçün etdiyi çıxışlar məndə qürur hissi yaratdı! Biz artıq 30 ilə yaxındır ki, həsrətlə gözlədiyimiz o günə gəlib çatmışıq! Qarabağımız azad olunur!
Azərbaycanın bütün bölgələri kimi Lerik rayonundada könüllü olaraq hərbiyə getmək istəyənlərin sayında kəskin artım müşahidə olundu. Bu barədə nəinki Azərbaycan mediası hətta türk mediası da yazdı! Bugünədək Lerik uzunömürlüləri ilə tanınırdısa bundan sonra həm də qəhrəmanları ilə tanınacaq!

Ermənistan açıq olaraq məğlub olur. İtirmiş torpaqlarını hissə-hissə etiraf etməyə başlayır. Beləliklə o da saman çöpündən yapışaraq bizim bir sıra ərazilərimizə açıq terror aktı həyata keçirir.

Gəncə hadisəsi, daha sonra Bərdə hadisəsi Ermənistanın necə terrorçu bir ölkə olduğunu birbaşa əyani olaraq göstərir! Onların gücü ordumuza deyil, mülki əhaliyə çatır, mülki əhalini hədəfə alır. Bunun da cavabı çox ağır olacaq!

Azərbaycan 27 sentyabrdan başlayan VƏTƏN MÜHARİBƏSİNDƏ bir daha necə bir döyüş əzminə malik olduğunu göstərdi! Bəli, Rəşadətli Azərbaycan Ordusu bu bir ay ərzində 4 şəhər və yüzlərlə kəndi işğaldan azad etdi! Biz əminik ki, çox yaxın zamanda son 2 əsrdə ilk dəfə olaraq vahid şəkildə birləşəcəyik!

Cənab Prezidentin də dediyi kimi: Azərbaycan güclü dövlətdir, və Azərbaycanın güclü ordusu var!

Əlizamin Rzayev

Elcan Məmiyev / Mediabaku.az

YAP
feal
genc
muharibe
konullu
Loading...