300 ermənini məhv edib, Ermənistanı matəmə məcbur edən qazimiz uçuq daxmada yaşayır  - VİDEO (FOTO)
Ölkə
17.01.2021 17:00
341

300 ermənini məhv edib, Ermənistanı matəmə məcbur edən qazimiz uçuq daxmada yaşayır - VİDEO (FOTO)

Azərbaycanda müharibə veteranlarına, qazilərinə Dövlət tərəfindən sistemli şəkildə diqqət və qayğı göstərilməsinə baxmayaraq bəzən xoşagəlməz hallar da yaşanır.


Oxu24.com-a müraciət edən I Qarabağ Müharibəsi veteranı İmanov Əhməd Balağa oğlu çətin vəziyyəti ilə əlaqədar olaraq kömək istəyib.


Müharibə zamanı xüsusi qəhrəmanlıq göstərmiş qazimizi daha yaxından tanıyaq:


Əhməd İmanov özü əslən Ağdərə rayonun Sırxəvənd kəndindən olan qəhrəman döyüşçümüz 1989-cu illərin sonundan etibarən başlayan proseslərlə əlaqədar könüllü olaraq orduya  yazılıb.

Əvvəlcə özünü müdafiə batalyonunda qoşulub.1992-ci ildə N saylı hərbi hissədə xidmətə davam edib. Döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərərək 1992-ci ilin martın 12-ə 300 nəfər  ermənini məhv edərək tarixə düşüb. Həmin hadisə ilə bağlı ermənilər 3 gün matəm elan edib.


Göründüyü kimi Əhməd İmanov xüsusi qəhrəmanlıq göstərən döyüşçülər sırasındadır. Amma təəssüf ki, bu gün onun həyatı acınacaqlı şəkildə davam edir.


Qazimiz hazırda Bərdə rayonunun Alaçadırlı kəndində, düzəngahlıqda yerləşən bir uçuq tikintidə yaşayır. Müsahibimiizn sözlərinə görə, elə o vaxtdan bu zamana kimi bu yerdə  məskunlaşıb.


“Məni  bu kənddə Kamil kimi tanıyırlar. Mən döyüşlərdə qəhrəmanlıq göstərsəm də bu barədə çox yerdə danışmamışam. Bu vaxta kimi heç kimə də ağız açmamışam. Bu günki yaşayışım  göz qabağındadır. Dövlətdən 80 manat veteran pulu və 130 manat sosial yardım alıram. 4 ay bundan əvvəl mənə pensiya kəsildi. Mən əlil olduğum üçün əlil pensiyası almalıyam. Bunu  düzəldə bilmirəm. Məni get-gələ salırlar. Xahiş edirəm ki, aidiyyatı qurumlar bu məsələdə mənə kömək etsin”


Əhməd İmanov bildirib ki, hazırda yaşadığı yer kəndin ortasında, sahədə  yerləşir. Uçuq-sökükü bir daxmada yaşayan qəhrəman döyüşçümüz diqqətsizlikdən gileylənib.


“Dövlətin  xətti  ilə  imkansız  şəxslərə,  veteranlara  yardım paylandı. Mənimlə maraqlanan olmadı amma. Evin  görünüşünü  görürsünüz yəqin.Burada adam yaşaya bilərmi? Hər dəlikdən  bir ilan, siçovul çıxır. Neçə ildir, gözləyirəm. Amma bir xəbər yoxdur”, - deyə o, bildirib.


Əhməd İmanov daha bir dərdini dilə gətirib və ölkə rəhbərliyindən kömək istəyib.


Qəhrəman döyüşümüzün acınacaqlı durumda yaşadığı daxmadan görüntüləri şərhsiz təqdim edirik:


Loading...