4 yaşlı Cəfərin köməyə ehtiyacı var: “Övladımı itirmək istəmirəm...” – VİDEO
Ölkə
11.01.2022 21:48
458

4 yaşlı Cəfərin köməyə ehtiyacı var: “Övladımı itirmək istəmirəm...” – VİDEO

Türkiyədə müalicə alan 4 yaşlı Hüsənli Cəfərin sümük iliyi köçürülməsi ilə əlaqədar yardıma ehtiyacı var.


Bu barədə onun atası Hüsənli Elşad Yeniavaz.com-a müraciət edib.


H. Elşad bildirir ki, oğluna 16 dekabr 2021-ci ildə kəskin leykoz – qan xərçəngi diaqnozu qoyulub. Dostlarının və ailəsinin dəstəyi ilə oğlunu müalicəsi üçün Türkiyəyə aparıb. Kimyaterapiyalar bitdikdən sonra balaca Cəfərə sümük iliyi köçürülməsi olmalıdır. Bütün bu proseslərin ümumi xərci 120 min dollar təşkil edir. Vurğulayır ki, onun və ailəsinin maddi yardıma ehtiyacı var:


“Sizdən xahişim odur ki, son ümidi sizə qalmış ata kimi oğlumun yaşaması üçün dəstəyinizi məndən və oğlumdan əsirgəməyəsiniz. Oğlumun tezliklə sağlamlığına qovuşmasını və onun uğurları ilə fəxr etmək istəyirəm. Bu yaşda olan uşağın yatağa düçar olmasını qəbullana bilmirəm. Onun yenidən oynaması, əylənməsi, üzünə təbəssümün yenidən qayıtması üçün yardımınıza ehtiyacım var. Bir ata kimi çarəsiz qalmışam. Göz görə-görə övladımı itirmək istəmirəm.


Neçə il idi, bağçaya gedirdi. Həvəslə gözləyirdik ki, növbəti il məktəbə hazırlığa gedəcək. Həyat qarşımıza belə bir sınaq çıxardı. İnşallah, sizlərin dəstəyi ilə Cəfər yenidən dostlarının yanına, bağçasına, məktəbə gedəcək”.


Qeyd edək ki, Cəfərə aşağıdakı vasitələrlə dəstək ola bilərsiniz.


Cəfərin atası Elşad Hüsənlinin müraciətini təqdim edirik.

Loading...
Loading...