44 günlük müharibədə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən baş çavuş -  FOTOLAR
Müharibə
31.12.2020 23:16
806

44 günlük müharibədə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən baş çavuş - FOTOLAR


44 günlük Vətən müharibəsində ön sıralarda döyüşən Daxili Qoşunların (DQ), Xüsusi Təyinatlı Qüvvələrinin  (XTQ) Baş çavuşu Qələmov Samid Qəfər oğlu. 


Hərbçimiz 1986-cı il aprel ayının 19-da Salyan rayon Şorsulu kəndində anadan olub. O, təhsilini Vüqar İsmayılov adına tam orta məktəbdə alıb. 


Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Daxili Qoşunların sıralarında qatılıb. 2017-ci ildə Türkiyənin Xüsusi təyinatlısı olan Komando-da xüsusi kurs keçib. 


Sentyabrın 27-də ordumuzun əks-hücum əməliyyatında ön sıralarda yer alan Samid Hadrut, Füzuli, Cəbrayıl, Suqovuşanda şücaət göstərərək xeyli sayda canlı qüvvəsini və yararlı vəziyyətdə olan texnikasını ələ keçirilməsində rolu olub. 


Oktyabrın 28-də Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb. Hazırda xidmətini davam etdirir. 


Şəfa Nəsibova

\\\\

Loading...
Loading...