44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr
Siyasət
09.10.2021 00:10
395

44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.


MediaBaku.Az Trend-ə istinadən Vətən müharibəsinin xronikasını təqdim edir.


- Prezident İlham Əliyev xalqa müraciət edib. Ali Baş Komandan Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini və düşmənin məhv edilən, ələ keçirilən texnikalarının sayını açıqlayıb.


- Prezident İlham Əliyevin "CNN International" televiziya kanalının "Connect the World" verlişinə və "Sky News" televiziya kanalına müsahibə verib.


- Ermənistan ordusunun daha bir qərargahı dağıdılıb, artilleriya rəisi məhv edilib. Müdafiə Nazirliyi dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.


- Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun videogörüntülərini paylaşıb.


- Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunu raket və artilleriya atəşinə tutub, 3 nəfər yaralanıb. Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb.


- Ermənistanın xeyli sayda hərbi texnikasının məhv edildiyi videogörüntülər yayılıb.


- Ermənistan Silahlı Qüvvələri Mingəçevir şəhərini, Bərdə, Ağcabədi və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutub.


- Azərbaycan Ordusu düşmənin daha bir neçə hərbi texnikasını ələ keçirib. Düşmənin atıb getdiyi hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənib.


- Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.


- Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə məhv edilib.


- Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan və Talış kəndinin videogörüntüsünü yayıb.


- Baş Prokurorluğun məlumata görə, Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb.


- Düşmənin Prima yaylım atəş sisteminin, 25 nəfər əsgər və zabitini döyüş bölgəsinə gətirən hərbi maşın hərəkətdə məhv edilməsinin videogörüntüləri yayılıb


- Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.
Loading...
Loading...