5 övladını öldürüb evi yandıran qadın, intihar etdi:  yazdığı mesaj ölkəni şoka saldı - FOTOLAR
Dünya
25.01.2021 12:49
574

5 övladını öldürüb evi yandıran qadın, intihar etdi: yazdığı mesaj ölkəni şoka saldı - FOTOLAR

5 övladını öldürüb evi yandıran qadın öz həyatına qəsd edib.


MediaBaku.az xəbər verir ki, ABŞ-ın Virginia əyalətində yaşayan 25 yaşlı Oreanna Myers keçən dekabr ayında ikisi ögey olmaqla beş övladını öldürərək evini yandırdıqdan sonra intihar edib.


“Bu heç kimin günahı deyil. Şeytan mənə qalib gəldi”


Qərbi Virciniyada yaşayan 25 yaşlı Oreanna Myers, keçən dekabr ayında həyat yoldaşının digər evliliyindən üçü doğma olmaqla iki ögey övladını öldürdükdən sonra evini yandırıb. Psixoloji problemləri olan gənc qadın, törətdiyi qətldən sonra alovlanan evindən uzaqlaşıb və öz silahı ilə özünü öldürüb. 
Polis, Oreannanın qətl səbəbinin həyat yoldaşının işgüzar səfərləri və qohumlarının yanında qalması ilə olduğunu bildirib. Məlum olub ki, qadın hər gün əsəbləşdiyindən həyatından bezib.

 

Evə geri qayıdanda, cəsəddən başqa heç nə tapa bilməyəcəksiniz



Cinayət törətmədən əvvəl gənc qadın həyat yoldaşına mesaj göndərib: "Evə qayıdanda cəsəddən başqa bir şey tapa bilməzsən. Mən yaxşı deyiləm, amma heç kimin vecinə deyil. Pul gəlir və gedir. Kömək üçün yalvardım, amma heç kimin vecinə deyil. Bu, heç kimin günahı deyil. Şeytan mənə qalib gəldi”, - deyə mesajda qeyd edilib.


Evin yaxınlığındakı parkda cansız bədəni tapıldı


Evə gələn yanğınsöndürənlər və polislər, yanğını söndürdükdən sonra yanğında külə dönən beş uşağın cəsədini tapıblar. Axtarışdan sonra Oreannanın cəsədi və intihar etmək üçün istifadə etdiyi silah evin yaxınlığındakı parkın skamyasında aşkar olunub. 
Polis, açıqlamasında hadisə ilə əlaqədar istintaqın bağlanıldığını söyləyib.


Fidan Abbaslı



Loading...
Loading...