ABŞ-da güclü partlayış:  yaşayış binalarına ciddi ziyan dəydi
Dünya
27.12.2020 10:48
257

ABŞ-da güclü partlayış: yaşayış binalarına ciddi ziyan dəydi

ABŞ-ın Tennesi ştatındakı Nashville şəhərinin mərkəzində güclü partlayış baş verib.


MediaBaku.az xarici KİV-lərə istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 06:30 radələrində şəhərin mərkəzində park edilmiş bir avtomobilin partlaması nəticəsində yaxınlıqda olan binalara ciddi ziyan dəyib.


Partlayışdan sonra başlayan yanğın alovları və yüksələn qara tüstülər yanğınsöndürənlərin işinə ciddi mane olub.


Polis, hələlik ölən və yaralıların olmadığını, lakin araşdırmaların davam etdiyini bildirib.


Qeyd olunur ki, partlayışın kimin və ya kimlərin törətdiyi məlum deyil.


İlahə Kişiyeva

Loading...
Loading...