ABŞ-dan Türkiyəyə bir şərt:  “Yalnız Rusiyadan alınan raket sistemləri...”
Siyasət
15.12.2020 13:59
151

ABŞ-dan Türkiyəyə bir şərt: “Yalnız Rusiyadan alınan raket sistemləri...”

ABŞ-ın 2021-ci il üçün müdafiə büdcəsi Nümayəndələr Palatası və Senatda səs çoxluğu ilə təsdiqlənmişdi. Layihə qəbul edildiyi üçün ABŞ prezidentinin veto hüququ da Amerika qanunvericiliyinə uyğun olaraq ləğv edilmişdi. Ancaq Prezident Donald Tramp bu qanun layihəsinə veto qoyacağını, bunun Çinə şamil ediləcəyini demişdi. Bu gəlişmədən sonra qanun layihəsinin yenidən Senatda müzakirəyə çıxarılması və səs çoxluğu ilə qəbul edilməsi gözlənilirdi. Beləliklə, qanun layihəsi Tramp vəzifəsindən getmədən qüvvəyə minəcək və Türkiyəyə sanksiya üçün qanuni prosedur başladılacaqdı. Ancaq Tramp administrasiyası layihənin Ankaraya sanksiya tətbiq olunması üçün layihəni gözləmədi və sanksiyaları elan etdi.

MediaBaku.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytı məlumat yayıb.

ABŞ rəhbərliyi Müdafiə Sənayesi Nazirliyi (MSN) və sözügedən qurumun rəhbəri İsmayıl Dəmir də daxil olmaqla, nazirliyin dörd səlahiyyətli şəxsinə CAATSA qanunu çərçivəsində Rusiyadan “S-400” sistemləri alınması səbəbiylə sanksiya tətbiq etmək qərarı verib.

Sanksiyaların məzmunu:

1. MSN-ə hər hansı ixrac lisenziyasının qadağan edilməsi

2. ABŞ maliyyə qurumları tərəfindən MSN-ə 10 milyon dollardan çox kreditin verilməsinin 12 ay qadağan edilməsi

3. ABŞ İxracat-İdxal Bankının MSN-ə dəstəyinin qadağan edilməsi

4. ABŞ-ın tərəfdaşı olduğu beynəlxalq maliyyə qurumlarının MSN-in maliyyələşdirilməsinin qarşısının alınması

5. S-400 satınalma prosesində iştirak edən MSN-in rəsmi şəxsləri – İsmayıl Dəmir, Fərrux Yiğit, Sərhad Gəncoğlu və Mustafa Alpər Dəniz əleyhinə sanksiyalar

ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların sona çatması üçün ABŞ-ın yalnız bir şərtinin olduğu bildirilib: “S-400” hava hücumundan müdafiə sistemlərinin tamamilə Türkiyə ərazilərindən çıxarılması...”.

CAATSA-da yer alan məlumata görə, Türkiyə ərazilərində “S-400”lər olduğu müddətcə sanksiyalar qüvvədə qalacaq: “Ankara bu şərtləri qəbul etsə, sanksiyalar bir il sonra qüvvədən düşəcək.

Eyni zamanda, Türkiyədən Rusiyadan heç bir hava hücumundan müdafiə sistemi almaması da tələb olunur.

Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir isə bundan əvvəl geri addım atmayacaqlarını açıqlayıb.

Loading...