ABŞ dəhşətli silah hazırladı  -
Dünya
16.12.2020 00:36
374

ABŞ dəhşətli silah hazırladı - "Düşmənləri əridəcəyik..."

Pentaqon ABŞ ordusu üçün nəzərdə tutulmuş "mikrodalğalı silahlar" layihəsinə start verib.

Redaktor.az-ın məlumatına görə, döyüş təyyarələrinə əlavə edilməsi gözlənilən səssiz silahlarla düşmən qüvvələrin elektron sistemlərinin əridilməsi planlaşdırılır.

"The Times" nəşrinin məlumatına görə, ordu artıq "mikrodalğalı silahlar"dan istifadəyə başlayacaq.

Qeyd edək ki, bir neçə il əvvəl oxşar sınaq B-52 təyyarələrinin bombaları üzərində həyata keçirilib. Sınaq uçuşlarında yüksək mikrodalğalı gücə sahib döyüş başlıqları ilə uçan B-52 təyyarələri 1100 kilometr mənzilli elektron hədəfləri uğurla əridib.

Loading...
Loading...