Adanada silahlı hücum
Dünya
12.10.2021 12:15
393

Adanada silahlı hücum

Adanada silahlı hücum nəticəsində üzündən gülə yarası alan şəxsin vəziyyəti ağırdır.


MediaBaku.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə Yurəyir bölgəsində yerləşən, Baxcalievlər massivində baş verib. 


Suriya vətəndaşı olan Faysal A və A.İ adlı şəxslərin aralarında naməlum səbəblərdən mübahisə yaranıb.


Mübahisə qısa müddət ərzində alovlanaraq, silahlı mübahisəyə çevrilib. yaranan mübahisə nəticəsində A.İ adlı şəxs Faysal A ya tüfəngdən açmış atəş nəticəsində üzündən vuraraq hadisə yerindən qaçıb. 


Faysal A qan içində yerə yıxılıb. Ətrafda olan sakinlər baş vermiş hadisəni polis və təcili tibbi yardım əməkdaşlarına məlumat verib. Hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım əməkdaşları yaralanan şəxsi, Seyhan Dövlət xəstəxanasına çatdırıb. Faysal A-nin vəziyyətinin ağır olduğu bildirilib. 


Hadisəni törədən şübhəli şəxsin axtarışlarının davam etdiyi bildirilib.


Aidə Dərvişova

Loading...
Loading...