ADNSU-nin tələbələrindən ŞİKAYƏT:
Cəmiyyət
23.12.2020 22:44
387

ADNSU-nin tələbələrindən ŞİKAYƏT: "İmtahan suallarını əlimizdən alaraq daha da çətinləşdiriblər"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbələri MediaBaku.az-ın redaksiyasına şikayət məktubu göndəriblər.


Tələbələr imtahanlardan şikayətçi olaraq heç bir güzəştin edilmədiyini dilə gətiriblər.


Sözügedən şikayəti təqdim edirik:


"H
ər vaxtınız xeyir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri olaraq yazıb narazılıqımızı bildiririk. ADNSU rəhbərliyi bu çətin bir dönəmdə imtahanlarla bağlı heç bir güzəşt etmir, əksinə imtahan suallarını əlimizdən alaraq daha da çətinləşdiriblər. İnternet sürəti bütün ölkə üzrə çox zəifdir. Müəllimlərin səsi dərs vaxtı qırılır və əksər hallarda nə dediklərini anlaya bilmirik. Əksər tələbələr hazırda rayonlarda qalır və tez-tez işıqlar sönür. Bu səbəbdən tələbələr dərsə qoşula bilmir. Bəs bu tələbə sonra dərsə haradan daxil olub baxsın? İnternetin sürəti zəif olduğundan dərsi yükləmək olmur. Əgər imtahan sualları bizə əvvəlcədən verilsə idi, biz onları cavablayıb, konspektləşdirib və beləcə imtahana hazirlaşardıq. Biz haqq-ədalət tələb edirik. Haqqımız olan imtahan suallarını və imtahanlarda maksimum güzəşt tələb edirik ki, heç bir tələbə imtahandan kəsilməsin. Mustafa müəllim bizi qətiyyən anlamaq istəmir. Ona görə də sizə yazıb xahiş edirik ki, bizə yardım edəsiniz.

Qeyd: Bizim bütün tələblərimiz yalnız bu çətin bir dönəmə görədir", - deyə tələbələr bildirir. 

Loading...