Ağ Ev qarşısında Qazaxıstana dəstək aksiyası keçirilib
Dünya
09.01.2022 00:29
40

Ağ Ev qarşısında Qazaxıstana dəstək aksiyası keçirilib

Yanvarın 8-də Amerikanın paytaxtı Vaşinqton şəhərində (Ağ Evin qarşısında) Vaşinqtonda yaşayan Qazaxıstanlıların aksiyası keçirilib.

MediaBaku.az xəbər verir ki, aksiyada "Putin, Qazaxıstandan əlini çək", "KTMT ordusu Qazaxıstanı tərk etsin", "Tokayev istefa", "İnternet bərpa edilsin", "Biz terrorist deyilik, xalqıq", "Putin, Qazaxıstandan çıx" kimi şüarlar səsləndirilib və plakatlar qaldırılıb.
Həmçinin Nazarbayevin də əleyhinə şüarlar səsləndirən aksiyaçılar və çıxışçılar olayların səbəbkarları kimi Nazarbayev-Tokayev cütlüyünü göstəriblər.
Aksiyanın keçirildiyi məkanda, yəni Ağ Evin önündə qazaxlardan bir az əvvəl rus müdaxiləsindən, işğalından əzab çəkən başqa bir xalqın - Ukraynalıların da Rusiya əleyhinə aksiyası var idi.
Aksiyaları başa çatan Ukraynalıların çoxu meydanı tərk etməyərək Ukrayna bayraqları və çıxışları ilə Qazaxıstana dəstəklərini ifadə ediblər.

Aksiyada qızı Banuçiçək ilə birlikdə iştirak edən soydaşımız Zaur Bayramlı, oradan fotolar çəkərək öz sosial şəbəkə hesabında paylaşıb. O, aksiya zamanı proseslər barədə Ukrayna televiziyasına da müsahibə verib.

Aksiyadan fotoları təqdim edirik:



Lətif İsmayılov

Loading...
Loading...