Ağ Evin yeni mətbuat katibi: “Mən qaradərili, lezbiyan və immiqrantam” FOTO/VİDEO
Dünya
17.05.2022 21:27
123

Ağ Evin yeni mətbuat katibi: “Mən qaradərili, lezbiyan və immiqrantam” FOTO/VİDEO


Ağ Evin yeni mətbuat katibi Karin Jan-Pyer jurnalistlərlə ilk görüşü zamanı irqini və cinsi oriyentasiyasını açıqlayıb.

MediaBaku.az xəbər verir ki, belə ki, o, bu vəzifəyə təyinatının bir neçə nailiyyəti ehtiva etdiyini deyərək, qaradərili, lezbiyan və immiqrant  olduğunu  vurğulayıb.

“Məndən əvvəl maneələri dəf etmiş insanlar olmasaydı, bu gün burada olmazdım”, - deyə o  əlavə  edib.

Qeyd edək ki, 44 yaşlı Karin Jan-Pyer 2020-ci ilin noyabr ayından mətbuat  katibi vəzifəsində çalışan Cen Psakini əvəzləyib.

Loading...
Loading...