Akademik Milli Dram Teatrının yanvar repertuarı açıqlanıb
Mədəniyyət
07.01.2021 11:20
460

Akademik Milli Dram Teatrının yanvar repertuarı açıqlanıb

​Akademik Milli Dram Teatrının yanvar repertuarı açıqlanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşalar “facebook”da, “YouTube” və azdrama.az saytında onlayn olaraq yayımlanacaq.

​9 yanvar – “Ölülər” (C.Məmmədquluzadə) – 19:00

10 yanvar – “Cəhənnəm sakinləri” (Elçin) – 19:00

16 yanvar - “Almaz” – (C.Cabbarlı) - 19:00

17 yanvar - “Ah bu uzun sevda yolu” -​ ​ ​ ​ ​ ​ (Ə.Əmirli) - 19.00

20 yanvar - “Qarabağnamə” – (İ.Əfəndiyev) - 19.00

23 yanvar - “Özümüzü kəsən qılınc” (B.Vahabzadə) - 19.00

24 yanvar - “Mesenat” (Ə.Əmirli) - 19.00

30 yanvar - “Qətibə İnanc” (M.S.Ordubadi) - 19.00

31 yanvar - “Köhnə ev” (Ə.Əmirli) - 19.00

​Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Akademik Milli Dram Teatrının repertuarında olan M.S.Ordubadinin “Qılınc və qələm” əsəri əsasında hazırlanmış “Qətibə İnanc” tamaşasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin obrazı canlandırılıb. Tamaşada teatrın aparıcı aktyorları iştirak edirlər.
Loading...
Loading...