Cəmiyyət
07.12.2020 14:08
340

"Aldığımız təpəni vurdular, şəhid verdik, amma mövqelərimizi qorumağı bacardıq" - Nitq qabiliyyətini itirən qazi - FOTO

Vətən Müharibəsində igidlik göstərən kəşfiyyatçılarımızdan biri də 26 yaşlı Rauf  Yaqubovdur.

Missiya.Az xəbər verir ki, Rauf Yaqubov Füzuli, Cəbrayil, Hadrut, Qubadlı, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşüb.

Göyçayın Ləkçılpaq kəndindən olan qazimiz ən ağır və təhlükəli döyüşlərini Qubadlı rayonu istiqamətində keçirib. Onun sözlərinə görə, rayonun kəndlərindən birinin azadlığı uğrunda gedən döyüşlərdə bir neçə dəfə yaralansa da, döyüşləri davam etdirib: “Mən cənab Prezident İlham Əliyevin Qarabağda döyüşlərin başlaması ilə bağlı əmrini eşidəndə çox sevinmişdim. Düşündüm ki, cənab Prezident bizə tarixi şans verib. Biz bu şansı sona qədər dəyərləndirməli, düşməni məhv etməliyik. Ona görə də yaralanan zaman komandirlərimin döyüşü dayandırmağımla bağlı verdiyi əmrlərə baxmayaraq, davam etdim. Mənim atam Göyçayın Ləkçılpaq kəndindən olsa da, anam Qubadlının Başarat kəndindəndir. Qubadlı həm də mənim ikinci vətənimdir. Onun azadlığı uğrunda döyüşmək mənim üçün böyük fəxr idi".

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_130320509_205698067714992_1412588315473115316_n.jpg

Rauf Yaqubov bir müddət Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etdikdən sonra, tapşırıq əsasında Xocavənd rayonuna gəlib: “Biz Şuşaya gedən yolu aldıqdan sonra Xocavəndə qayıtdıq. Orda bir təpəni aldıq və səhərə qədər qorumaq üçün döyüşdük. Çoxlu düşmən əsgəri öldürdük. Günorta saatlarında biz aldığımız təpəyə minomiyot gülləsi düşdü. 10 saat səngərdə qaldım. Çünki düşmən dayanmırdı. Bir neçə şəhidimiz və yaralımız oldu, amma aldığımız təpəni itirmədik. Canımız bahasına mövqelərimizi qoruduq”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_129781916_3520591834645396_9083616705717231868_n.jpg

Kəşfiyyatçının sözlərinə görə, həmin döyüşlər zamanı ağır yaralanıb və çoxlu qan itirib: “Mövqelərimiz minomiyotla vurulan zaman mən də yaralandım. Zərbənin təsirindən 2-3 metr kənara düşdüm. Aldığım travma nəticəsində nitq qabiliyyətimi tamamilə itirdim. Həmçinin ayağımdan 3 qəlbə yarası aldım. Ayağımın birini hiss etmirəm. Uzun müalicə kursu keçməliyəm. Döyüşlər zamanı çoxlu qan itirirdim. Artıq gözlərim bağlanırdı. Xəstəxanaya çatana qədər 2 dəfə qanaxma oldu. 3 dəfə ağır əməliyyat keçirmişəm. Həkimlərin sözlərinə görə, narkozda olarkən bir neçə dəfə “Məni buraxın, döyüşə qayıdıram” demişəm. İndi də istəyim odur ki, tez sağalıb, döyüş yoldaşlarımın yanına gedim”.

Rauf Yaqubov, hazırda Masallı rayonunda yerləşən özəl klinikalardan birində müalicəsini davam etdirir. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_129550093_216082213461021_5845304159280450817_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_130185413_200035421662771_8333458169461445471_n.jpg

Loading...