Aleyna Tilkini bu videosuna görə
Maqazin
27.01.2021 00:46
444

Aleyna Tilkini bu videosuna görə "topa tutdular" - FOTOLAR

Acun Ilıcalı tərəfindən qurulan "Exxen" platformasında "Survivor 2020" çempionu Cemal Can Cansevenin baş rolunu paylaşan məşhur müğənni Aleyna Tilki, əyləncəli anlarını "Instaqram"da paylaşıb.

MediaBaku.az xəbər verir ki, "Bu Mənim Nağılım" serialında baş rolda oynayan müğənni Aleyna Tilki, kamera arxasında Ankara oyun havasını oynayaraq "qurdlarını töküb". 

Tilkinin oyununu sevməyən sosial media istifadəçiləri "Sən bir də oynama" şərhini yazıb.

Sosial mediadan çox fəal istifadə edən məşhur pop müğənnisi, həmkarları ilə birlikdə Ankara havası oynadığı videonu "set arası Ankaramı? Bir neçə saat qalsın siləcəm" başlığı ilə paylaşıb. Onun maraqlı hərəkətlər etdiyi video izləyiciləri tərəfindən bəyənilməyib.


‘’ANKARALILAR AĞLAYIR’’


Bir çox sosial media istifadəçisi müğənninin rəqs videosuna 
"Ankara xalqı indi ağlayır" və "Bir daha oynama" şərhini yazıb.


Zabilə Quliyeva



Loading...
Loading...