Alvaro Morata
İdman
12.01.2022 00:28
542

Alvaro Morata "Yuventus"dan ayrılır?

Alvaro Morata "Yuventus"dan ayrılır? Alleqri açıqladı.


İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massmiliano Alleqri adı "Barselona" ilə hallanan Alvaro Moratanın klubdakı gələcəyi ilə bağlı açıqlama verib,


MediaBaku.az  xarici mənbələrə istinadən xəbər verir ki, Alleqri, 29 yaşlı ispaniyalı hücumçunun "Yuventus"da qalacağını bildirib:


"Morata başqa kluba getməyəcək. O, ötən mövsüm 21 qol, bu mövsüm isə penalti və cərimə zərbələri olmadan 7 qol vurub. O, çox məhsuldar futbolçudur və bizim üçün çox əhəmiyyət kəsb edir. Onunla danışdım və klubdan getməyəcəyini dedim. Morata bizimlə olduğu üçün xoşbəxtdir".


Qeyd edək ki, bu mövsüm "Yuventus" forması ilə 23 oyunda meydana çıxan Alvaro Morata, 7 qol vurub və 3 qolun ötürməsini edib.


Sadiq İsmayılov

Loading...
Loading...