Anam həmişə deyirdi:  “Çalış maraqlı olsun
Psixoloq, Zümrüd Əsədova
06.05.2022 22:59
1118

Anam həmişə deyirdi: “Çalış maraqlı olsun"

Anam həmişə deyirdiki: “Çalış maraqlı olsun". Ancaq sonra başa düşdüm ki, etdiklərimin əsas maraqlı olması deyil, əsas olan ondan həzz almağımdır.


Bunu anladıqda gördüm ki, həzz aldığım hər şey, avtomatik olaraq maraqlı olur. Bizə verilən məsləhətlər çox dəyərlidir, lakin eşidilənləri təcrübəmiz qədər anlaya bilirik. Buna görə də, bizə deyilənləri bəzən gec başa düşürük.


Təcrübəmiz bizə şərait yaratdığında vaxtıilə verilən məsləhət yadımıza düşür.


Onun doğru və yalnış olduğunu anlayırıq və ya o məsləhəti öz təcrübəmizə əsasən formalaşdırıb istifadə edirik.


Daha sonra, biz də kiməsə məsləhət veririk, bu dəfə həmin məsləhət bizim təcrübə filtrimizdən keçib sonra təqdim olunur.


"Elə et maraqlı olsun" "Həzz alsan maraqlı olacaq" və ….


Bu fikir sizin təcrübə filtrinizdən keçsə, başqasına daha fərqli şəkildə necə deyərdiniz?


Zümrüd Əsədova

psixoloq, enerji tetapevti, art terapevt 

imagoacademy.az

Zumrud_asadova

Psixoloq
Zümrüd Əsədova
Kouç
enerji tetapevti
art terapevt
Loading...
Loading...