Anası acı xəbəri jurnalistlərə danışdı: Məşhur fenomen çılpaq halda tapıldı  - FOTOLAR
Maqazin
05.12.2020 12:38
316

Anası acı xəbəri jurnalistlərə danışdı: Məşhur fenomen çılpaq halda tapıldı - FOTOLAR

Günlərdir axtarışda sosial media fenomeni Aleksis Şarkey, ABŞ-ın Texas əyalətindəki bir bölgədə çılpaq halda ölü tapılıb.


MediaBaku.az xarici KİV-lərə istinadən xəbər verir ki,
 bir müddət əvvəl ABŞ-da yoxa çıxan "Instagram" fenomeni Aleksis Şarkey, Texasın Houston şəhərində çılpaq halda tapılıb.


Şarkeyin anası Staçi Robinault, "Mayk və mən çox təəssüf hissi ilə sizə qızımızın cansız cəsədinin tapıldığını bildiririk. Sevginiz və ailəmizə xoş sözləriniz üçün necə təşəkkür edəcəyimizi bilmirik", - deyə qadın bildirib.


YASIMIZI TUTMAĞA İMKAN VERİN


"Xahiş edirəm bizə bu vaxtı verin, ailəmizin və dünyanın bu ağrılı itkisinə yas tutaq. Sənin üçün darıxacağıq, əzizim", - Aleksisin anası ağlayaraq sözlərinə yekun vurub.


HƏYAT YOLDAŞINDAN TƏNQİDƏ REAKSİYA


Şarkeyin həyat yoldaşı 
Tom Şarkey də "Instagram"dakı dəstəyinə görə təşəkkür etdi və həyat yoldaşının itməsi ilə bağlı mənfi şərh edənlərə reaksiya verib.


"Polisə kömək etdim və arvadımın başına hansı hadisənin gəldiyini öyrənmək üçün onlarla danışdım", - deyə fenomenin həyat yoldaşı sözlərini bitirərək bu barədə çox danışa bilməyəcəyini vurğulayıb.


Zahidə Nəbizadə

Loading...
Loading...