Arzusuna çatan Qarabağ qazisi Akşin Hüseynli
Ölkə
19.07.2021 16:48
906

Arzusuna çatan Qarabağ qazisi Akşin Hüseynli

Bu gün 20 iyul, Qarabağ qazisi, "QARABAĞ" DNK-nun rəhbəri, VKC Karate-Do Federasiyasının vitse-prezidenti, Qubadlı idman klubunun rəhbəri, GVB-nin idman departamentinin direktoru Akşin Hüseynlinin 32 yaşı tamam olur. Akşin bəy dövlətinə və millətinə bağlı bir insan olduğu heç kimə sirr deyil. Artıq 12 ildən çoxdur ki, özünə həyat mövzusu vətənpərvərliyi, dövlətçiliyi seçərək rəhbərlik elədiyi idman klublarında vətənpərvər idmançılar yetişdirən, "Qarabağ Azərbaycandır!" şüarı ilə beynəlxalq arenalarda bayrağımızı yüksəldən, "Qarabağ" adı altında müxtəlif layihələrin rəhbəri olan, şəhid ailələri və qazilərlə daim maraqlanan Akşin Hüseynli hətda bütün ad günlərini Şəhidlər Xiyabanında qeyd edir. Onun sözlərinə görə "hamımızın yaşam səbəbi olan bizim şəhidlərimizdir. Ona görə də ən özəl günlərimi hamısını şəhidlərimizin ziyarəti ilə başlayıram çünki bu mənim borcumdur". Onun sözlərinə görə bu il artıq o ad gününü ən böyük arzusunun çin olmağı ilə qeyd edir çünki artıq ata yurdu olan Qarabağ işğal altından azad olub. Hər il Qarabağın azad olmağını arzu edən Akşin Hüseynli artıq öz arzusuna çatıb. Gələcəyin güclü əsgər övladlarını yetişdirən, xidməti dövründə yaralanmağına baxmayaraq hər zaman döyüşə hazır olan belə vətənpərvər insanla fəxr etməmək mümkün deyil.

MediaBaku.az kollektivi olaraq həmkarımızı ürəkdən təbrik edir, Akşin bəyə can sağlığı, firəvanlıq və bol idman nailiyyətləri və əsası doğma torpağımız olan Qarabağda bayrağımızı yüksəltməyi arzu edirik!.

Loading...