Ata itkin düşən əsgər oğlunu AXTARIR:
Müharibə
25.12.2020 00:06
939

Ata itkin düşən əsgər oğlunu AXTARIR: "Yuxuma girib dedi ki..." - FOTOLAR

Vətən müharibəsində iştirak edərək şücaət göstərənlərdən biri də 1997-ci il təvəlüdlü leytenant Əli Yusifovdur.


Əsgərin atası itkin düşmüş oğlunun tapılması üçün Sonxeber.az-a müraciət edib.


Naxçıvan şəhəri, Şərur rayonu, Oğuz kəndində yaşayan Yusifov Süləddinin sözlərinə görə, oğlu onun yuxularına girərək əsir düşdüyünü bildirib:


"İki övladım var. Mən namaz qılan adamam, yuxularım yalan çıxmır. Oğlumdan oktyabr aynın 3-dən indiyədək heç bir xəbər yoxdur. Onu 4 dəfə yuxuda görmüşəm. Yuxuda mənə "Əsir düşmüşəm, məni qurtarın" deyirdi. Sonuncu dəfə nişanlısı ilə telefonda danışıb, "Narahat olmayın, qorxmayın, döyüşüb gələcəyəm" deyib".


Məlumatı olanlardan 055 244 36 88 nömrəsinə zəng etmək xahiş olunur.


Loading...