Avtomobili olanlar, DİQQƏT  - Sərt karantində nəqliyyata icazə ilə bağlı QAYDA AÇIQLANDI
Cəmiyyət
12.12.2020 11:38
1133

Avtomobili olanlar, DİQQƏT - Sərt karantində nəqliyyata icazə ilə bağlı QAYDA AÇIQLANDI

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 14-dən etibarən tətbiq ediləcək sərt karantin rejimi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.

DİN-nin Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün icazə almamalıdır.

Qeyd edilib ki, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və 8103 nömrəsinə SMS göndərməklə icazə almış şəxs fərdi avtomobilindən istifadə edə bilər:

"Bunun üçün əlavə icazə almaq tələb olunmur. Lakin müvafiq icazəsi olmayan şəxslərin həmin avtomobildə daşınması yolverilməzdir və hüquqi məsuliyyət yaradır”.

Loading...
Loading...