Cəmiyyət
20.01.2021 00:51
939

"Ay qabil, sən bugünkü gün qulaqsız gəzməli idin" - Pərvin Abıyeva

Tanınmış aktrisa Pərvin Abıyeva blogger Qabil Məmmədova söz atıb.


"Əsas məsələyə gəlirəm. Qabil sənin dilin var kiməsə söz atasan? Sən bu günə kimi hamıya ağzıva gələni dedin. Bir başı papaqlı insan sənin cavabını verə bilmədi. Sənsən vətən qədri bilən? 
Vətəni, xalqı sevən gedib illərlə Almaniyada oturub, arxasına Elçibəyin şəklini qoyub, camaatı söyməklə olmur. Özüvü Elçibəyin davamçısı hesab edirsen. Elçibəyin özündən xəbərin var sənin? O necə tərbiyəli, mədəni insan olub. Onun danışıq tərzindən heç olmasa nümunə götürmüsən?  Utanmırsan o kişinin şəklini qoymusan dalıva, qabağında da açmısan komputeri ancaq söyüşlər söyürsən. Sən normal deyilsən. Bəyənmədiyin Kamil, bəyənmədiyin Tolik, bəyənmədiyin mən bir ayağımız səngərdə, bir ayağımız yardımlarda olub. Hələdə o bəyənmədiyin o insanlar xalqına nə qədər köməklik edir". - deyə o,bildirib.


Ayişəgül Əhmədova

Loading...
Loading...