Aytəkin Ədalətqızı:
Siyasət
24.12.2020 11:34
2712

Aytəkin Ədalətqızı: "24 dekabr 1961 - Bu tarix Azərbaycan xalqını xoşbəxt edəcək Sərkərdəni bizə hədiyyə edib"

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı qələbəmiz ilə bitdi. Əlbəttə ki, bu uğurlu Zəfərin bir səbəbi var. O da, Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Cənab prezidentin 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.


İlham Əliyevin yürütdüyü siyasət nəticəsində işğal altındakı ərazilərimizi yağılardan təmizləyə bildik. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Və beləcə biz qələbəmizi qazandıq və xalq olaraq başımız dik oldu. Azərbaycanın şanlı tarixinə 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu.

Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Biz bunu Ali Baş Komandanımızın yürütdüyü siyasət və Müzəffər ordumuzun gücü ilə əldə etdik. Xalq olaraq Prezidentə və ordumuza borcluyuq ki, onların sayəsində üzərimizdə olan ləkəni təmizləyə bildik.

Bu gün Nadir şahımız, Sərkərdəmizin sayəsində bir dənə də olsun qaçqın və məcburi köçkünümüz yoxdur. 24 dekabr 1961 Bəli, bu tarix bizə əziz liderimizi bəxş edib. Bu tarix Azərbaycan xalqını xoşbəxt edəcək Sərkərdəni bizə hədiyyə edib. Bu gün çox hörmətli Prezidentimiz İlham Əliyevin doğum günüdür. 59 yaşlı Sərkərdəmizin bu gün şad günüdür. Mən bir gənc kimi Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona ali vəzifəsində müvəffəqiyyətlər arzu edirəm. Və mənim timsalımda bütün Azərbaycan gəncliyi, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib. Və bundan sonra da Prezidentimizə dəstək olmağa davam edəcəyik. Ali Baş Komandan, bizi 30 illik həsrətdən xilas etdiyinizə görə, Sizə sonsuz təşəkkürümü bildirirəm. Bu gün xoşbəxtiksə Sizin sayənizdə nail olmuşuq buna.


Aytəkin Ədalətqızı
Səbail rayonu Bibiheybət bələdiyyəsinin üzüvü, YAP-ın ictimai fəalı 


Loading...
Loading...