Cəmiyyət
26.12.2020 12:04
446

"Azdrama"nın qazi əməkdaşı iki medalla təltif olunub

Akademik Milli Dram Teatrının Vətən müharibəsində iştirak edən əməkdaşı, qazi Tərlan Əsgərli Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.


MediaBaku.az xəbər verir ki, Tərlan Əsgərli onu təltif etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib:


"Hər bir döyüşçü Ali Baş Komandan tərəfindən təltif edildiyinə görə böyük qürur hissi keçirir. Adımı təltif olunan hərbi qulluqçuların siyahısında görəndə hədsiz çox sevindim. Cənab Prezidentə öz adımdan, ailəmiz və döyüşçü dostlarımız adından təşəkkür edirəm. Mən Vətən müharibəsinə könüllü yollanmışam. Bunu özümə borc bildim. Vətənin yanında olmalıydım. Bir neçə gün sonra yaralandım. Heç cür qəbul edə bilmirdim ki, orda müharibə getsin, mən hospitalda olum. Həkimlər sağ olsun. Mənə və bütün yaralılara çox yaxşı baxdılar. Tez sağaldım, yenidən cəbhəyə qayıtdım. Cəbrayıl, Xocavənd, Füzuli və Qubadlıda döyüşlərdə iştirak etdim. Mən on altı yaşımdan teatrda işləyirəm. Teatrımızda oynanılan vətənpərvərlik haqqında tamaşalarla böyümüşəm. Vətəni sevmək hissinə uşaqlığımdan köklənmişəm.​ Özümü xoşbəxt sayıram ki, torpaqlarımızın azad olunmasında mənim də payım var. Vətən nə vaxt çağırsa, əldə silah cəbhəyə yollanmağa yenə hazıram".


Turan Etibaroğlu

Loading...