Siyasət
14.12.2020 16:37
138

"Azərbaycan dünya birliyinə layiqli inteqrasiya etməyi bacarıb"

Azərbaycan dünya birliyinə layiqli inteqrasiya etməyi və beynəlxalq aləmin layiqli üzvünə çevrilməyi bacarıb. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi böyük nüfuza sahibdr.

MediaBaku.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan daim dünyada sülhün və sabitliyin bərqərar olunmasına, dinlər və mədəniyyətlər arasında əlaqələrin qurulmasına, dünyanın üzləşdiyi qlobal problemlərin həllinə mühüm töhfə verməklə beynəlxalq aləmdəki etibarlı tərəfdaş mövqeyini xeyli möhkəmləndirib:

"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daim həm beynəlxalq təşkilatlarla, həm də ayrı-ayrı ölkələrlə çoxtərəfli və ikitərəfli əlaqələri gücləndirir, qlobal məsələlərə öz töhfəsini verməkə etibarlı tərəfdaş imicini və nüfuzunu gücləndirir.

Dünyanı ciddi təhlükə qarşısında qoyan COVİD-19 virusuna qarşı mübarizə də ölkəmiz dünya birliyinə öz dəyərli töhfəsini verdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin COVİD-19-a həsr edilmiş xüsusi sessiyasının keçirilməsi ölkəmizə olan böyük etimadın aydın göstəricisidir. Eyni zamanda, ölkəmizin koronavirusla bağlı ÜST-ə ianə etməsi, eyni zamanda dünyanın 30-a qədər ölkəsinə humanitar yardım göstərməsi Azərbaycanın xoş niyyətini, etibarlı tərəfaş iradəsini bir daha ortaya qoymuş oldu".

Deputat bildirib ki, 44 günlük Vətən müharbəsi dövründə də Azərbaycanın beynəlxalq ələmdəki nüfuzu özünu aydın şəkildə göstərdi: "Bir-iki ermənipərəst siyasəti ilə seçilən ölkələr istisna olmaqla dünya birliyi Azərbaycanın haqlı mövqeyini dəstəklədi, torpaqlarını işğaldan azad etmək hüququnu tanıdı, hətta oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə bəyanat qəbul etdirmək cəhdləri də baş tutmadı. Yəni Ermənistanın çabaları heç bir nəticə vermədi, beynəlxalq aləmdə Azərbaycan əleyhinə bütün cəhdləri iflasa uğradı".

Loading...