Siyasət
17.12.2020 17:11
163

"Azərbaycan əsgərinə qarşı silahlı basqın etməyə cəhd göstərən hər hansı bir erməni terrorcudur"

"Ümumiyyətlə, bu son günlərdə DTX və Müdafiə Nazirliyi erməni terrorçularına qarşı prinsipial mövqe nümayiş etdirir, ərazilərimizin terrorçulardan təmizlənməsi məqsədilə reydlər həyata keçirir".

MediaBaku.az xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov özünün "Facebook" hesabında paylaşıb.

"Son günlərdə Ermənistan rəhbərliyi və onun himayə etdiyi Xankəndidəki terrorçu erməni qruplaşması 10 noyabr üçtərəfli Bəyannaməsini pozmağa çalışır. Belə ki, Xocavənddə, Zəngilanda, Şuşa-Laçın istiqamətində meşələrdə gizlənmiş və ya guya "azmış" kimi təqdim edilən erməni silahlı qalıqları yenidən revanşa can atır, Azərbaycan hərbçilərinə qarşı təxribatlar törədir, atəş açırlar. Özlərini azmış kimi göstərən və ya partizan kimi aparan bu erməni silahlı dəstələri xüsusən də Hadrut istiqamətində mövqelərini möhkəmləndiriblər və oradan Azərbaycanın istər mülki xidmət əməkdaşlarına, istərsə də hərbçilərimizə qarşı terror-diversiya hərəkətlərinə əl atırlar. Bu baxımdan, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tamamilə haqlı olaraq həmin ərazilərdə anti-terror əməliyyatı apardı. Ümumiyyətlə, bu son günlərdə DTX və Müdafiə Nazirliyi erməni terrorçularına qarşı prinsipial mövqe nümayiş etdirir, ərazilərimizin terrorçulardan təmizlənməsi məqsədilə reydlər həyata keçirir. Biz bu qətiyyətli mövqeyi dəstəkləyirik. Belə də davam etmək lazımdır. Əməliyyatlar zamanı əsir düşən, tutulan ermənilərlə hərbi əsir kimi yox, məhz terrorçu kimi, diversant kimi davranmaq vacibdir. Çünki atəşkəs razılaşmasından sonra əlində silah, Azərbaycan əsgərinə və mülki şəxslərimizə qarşı silahlı basqın etməyə cəhd göstərən hər hansı bir erməni hərbi əsir yox, terrorcudur. Dünya təcrübəsində də belədir. Odur ki, son günlər əsir düşən ermənilər 44 günlük müharibədə tutulan hərbi əsirlərdən fərqli olaraq Ermənistana təhvil verilməklə canlarını qurtara bilməzlər", - deyə partiya sədri bildirib.

Loading...
Loading...