Azərbaycan hansı ölkədən vaksin alacaq?  - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
15.12.2020 16:08
144

Azərbaycan hansı ölkədən vaksin alacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycan da koronavirusa qarşı vaksinlərdən istifadə üçün həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.

MediaBaku.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, ikitərəfli danışıqlarda Türkiyə ilə daha yaxından işbirliyi aparılır:

“COVID-19 vaksinlərinin alınması üçün transmilli platformalara qoşulma və ikitərəfli müzakirələr aparılır. Türkiyədən 50 milyon doza vaksin alınması üçün müqavilə imzalanıb. Dünyadakı yoluxucu xəstəliklərin 50 faizindən çoxu Azərbaycanın payına düşür. Vaksinin təcili istifadə halları Azərbaycan Respublikasının Dərman Vasitələrinin İstifadəsi haqqında qanuna əsasən aparılır”, - deyə Viktor Qasımov bildirib.

Nazir müavini deyib ki, Azərbaycanda da bununla bağlı kifayət qədər hazırlıq işləri aparılıb və müvafiq işlər görülür:

"Ölkəmiz GAVİ tərəfindən təsis edilmiş quruma qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub. Eyni zamanda ikitərəfli danışıqlar da aparılır. “CoronaVac” vaksini ilə bağlı da bu danışıqlar aparılır".

Loading...