Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi  - Video
Siyasət
24.11.2020 14:47
111

Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - Video

Ağdamın Gülablı kəndində məskunlaşmış ermənilər orada qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər.

"Qafqazinfo" xəbər verir ki, hərbçilərimiz əşyaları çıxarmaqda ermənilərə yardım edib.

Qeyd edək ki, bu vəziyyət Azərbaycan hərbçilərinin növbəti humanistliyinin göstəricisidir. Azərbaycan əsgəri hər zaman istər döyüş, istərsə də qeyri-döyüş şəraitində yüksək peşəkarlıq və insaniyyət nümayiş etdirib.

Xüsusilə də Ordumuz mülki əhaliyə qarşı heç vaxt pis davranmayıb. Əsgərlərimizdən yardım istəyən ermənilər həmişə müsbət cavab alıb. Belə ki, noyabrın 20-də şəhəri Ağdamı boşaldan mülki əhaliyə ordumuz tərəfindən hər bir şərait yaradılıb. Hərbçilərimiz onlara əşyalarını daşımaqda kömək edib. Yaşlı insanlara da ayrıca diqqət göstərilib. Kəndi tərk edən mülki erməni əhalisi Azərbaycan əsgərinin onlara yaxşı davrandığını dilə gətirib.

Loading...