Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib - FOTO
Ölkə
13.01.2021 00:19
800

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib - FOTO

Yanvarın 12-də Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə Holdinqin Müşahidə Şurasının növbəti iclası keçirilib.


​Nazirlər Kabinetindən MediaBaku.az-a verilən məlumata görə, iclasda 2021-ci il ərzində Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək 17 Portfel Şirkətlərin rəhbərləri ilə görüş keçirilib və Prezidentin 2020-ci il 5 noyabr tarixli fərmanında şirkətlərə verilmiş tapşırığın icra vəziyyəti və digər cari məsələlər müzakirə edilib.


Loading...
Loading...