Azərbaycan nömrəli maşın Zəngəzurda…  - FOTO
Siyasət
11.12.2020 23:45
976

Azərbaycan nömrəli maşın Zəngəzurda… - FOTO

Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub.

Qazet.az bildirir ki, bu haqda Ermənistanın “mediaport” teleqram kanalı yazıb.

Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər.

 Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib;

– Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər;

– Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib.

Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.


Loading...