Azərbaycan Ordusu Ermənistanla sərhəddə Gorus-Qafan yoluna nəzarət edir  - VİDEO
Siyasət
20.12.2020 20:33
143

Azərbaycan Ordusu Ermənistanla sərhəddə Gorus-Qafan yoluna nəzarət edir - VİDEO

Gorus-Qafan yolunda əraziyə nəzarət edən Azərbaycan əsgərlərinin videogörüntüsü yayılıb.


MediaBaku.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videonu Çiçəklənən Ermənistan partiyasından deputat Naira Zohrabyan sosial şəbəkədə paylaşıb.


Qeyd olunub ki, video Gorusdan Bərgüşad çayına qədər təxminən dörd kilometrlik məsafədə çəkilib. “Google” xəritəsinə görə həmin yolun Azərbaycan ərazisinə daxil olduğu qeyd edilib.

Loading...