Azərbaycan Ordusu Şuşanın iki kəndini azad etdi  – Ermənistan mediasından SENSASİON XƏBƏR
Siyasət
13.12.2020 23:56
492

Azərbaycan Ordusu Şuşanın iki kəndini azad etdi – Ermənistan mediasından SENSASİON XƏBƏR

Ermənistan mediasında növbəti sensasion xəbər yayılıb.

MediaBaku.az qazet.az-a istinadən xəbər verir ki, yerli KİV Azərbaycan Silahlı Qüvvələrinin Şuşanın Mets Şen(Ulu Qarabəy) və Kirov (Xin Şen) kəndlərini işğaldan azad etdiyini yazıb.

Qondarma “dqr”-nin “deputatı” Ayk Xanumyan silahlı toqquşmalar nəticəsində erməni tərəfdən çox sayda yaralının olduğunu bildirib. “Deputat” həmçinin 9 erməni yaraqlısının əsir düşdüyünü də qeyd edib.

A.Xanumyan bir neçə dəqiqə bundan əvvəl Facebook-da bu haqda paylaşım da edib.


Loading...
Loading...