Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb
Siyasət
12.05.2022 15:21
1121

Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb

Mayın 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə  görüşüb.

MediaBaku.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan general-polkovnik K.Vəliyev iki dövlətinin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı  əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant S.İztleuov hərbi əməkdaşlıq  sahəsində  təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.

Loading...
Loading...