“Azərbaycan Rusiya üçün həm önəmli qonşu, həm də strateji əməkdaşdır” -Politoloqdan AÇIQLAMA
Siyasət
21.07.2021 19:05
148

“Azərbaycan Rusiya üçün həm önəmli qonşu, həm də strateji əməkdaşdır” -Politoloqdan AÇIQLAMA

“Ermənistan tərəfinin atəşkəsi pozmasından və hələ də yaşanan gərginliklərdən sonra Prezident İlham Əliyevin Moskvada Vladimir Putin ilə görüşməsi proseslərin Azərbaycanın leyhinə gedəcəyini göstərir”.

Bu sözləri MediaBaku.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib. O bildirib ki, Putin tezliklə Azərbaycana bir nümayəndə qrupu göndərəcəyini dedi. Bu nümayəndə qrupu nəqliyyat, sənaye, infrastruktur və digər sahələrdə əməkdaşlıq edəcək: “Moskva görüşündən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər etmişdi. Mişel bir çox sənaye, infrastruktur obyektləri ilə yaxından tanış oldu.  Azərbaycanla əlaqələri möhkəmləndirməyin vacib olduğunu bildirdi. Əlbəttə ki, Azərbaycan həm Avropa İttifaqı, həm də Rusiya üçün lazımlı dövlətdir. Təbii ehtiyatları, strateji mövqeyi buna imkan yaradır. Bölgədə güclü rəqabət gedir desək yanılmarıq. Rusiya həmin nümayəndə heyətini göndərərək digərlərini qabaqlamaq istəyir. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra bir xeyli dövlətlər, şirkətlər Azərbaycanla əlaqələri intensivləşdiməyə səy göstərirlər. Azərbaycan Rusiya üçün həm önəmli qonşu, həm də strateji əməkdaşdır. Rusiya bunu yaxşı anlayır.

Politoloq əlavə edib ki, Rusiya zənginliklərə malik olan bir qonşusunun yanında, ondan xeyli uzaqda duran dövlətlərin üstünlüklər əldə etməsini və möhkəmlənməsini istəməz: Ona görə də. ehtiyatını əvvəlcədən görür. Azərbaycan da yaxşı bilir ki, Rusiya ilə münasibətləri nə qədər gücləndirsə, bir o qədər müsbət haldır. Çünki Rusiya kimi güclü bir qonşu ilə əlaqələri korlamaq yaxşı heç nə vəd etməz. Azərbaycan üçün əsas əməkdaşlıq, tərəfdaşlıq və beynəlxalq aləmə inteqrasiya lazımdır. Azərbaycan qapalı dövlət rolunu oynamır. Ədəbi ilə salam verənlərə qapısın həmişə açıq qoyub. Yerini bilməyənlərə isə yerini göstərib. Ermənistan buna yaxşı nümunədir. Azərbaycan artıq regionda böyük ağırlığa malik bir gücə çevrilir. Prezidentin “Dağlıq Qarabağ” ifadəsi yoxdur, sadəcə Qarabağ vardır deməsindən sonra Şarl Mişel də, Putin də “Dağlıq” sözünü istifadə etmədi. Ermənistan tərəfi isə ona təklif edilən güzəştlərə destruktiv yanaşır. Bu yanaşmaya həm daxili auditoriya, həm də xarici təhrikçilər səbəb olur. Daxili auditoriya iqtidarın sülhə getdiyini görüb çaxnaşma yarada, çevrilişə cəhd edə bilər. Elə müxalifətdəki araqarışdıranlar da bir fürsət gözləyir. Xarici himayədarlar üçün də, alovun sönməsi deyil, yanılı qalması prestijlidir”.

Elman Vəliyev Naxçıvanla sərhəddə yerləşən Arazdəyən bölgəsində son günlər intensiv atışmaların müşahidə olunmasına da münasibət bildirib: “Qarşı tərəfə istinad etsək Azərbaycan qüvvələri bir xeyli irəliləyiş əldə edib. Ehtimal edirəm ki, yaxın zamanda bu istiqamətdə proseslər leyhimizə yönələcək. Azərbaycan tərəfi Ermənistandan Qazağın işğalda olan kəndlərini, Naxçıvanın Kərkisini razılıqla verməyi, Zəngəzur dəhlizinin açılmasını reallaşdırmağı tələb etdi. Azərbaycanın ərazi bütövlüyünü tanımasını diktə etdi. Ancaq Ermənistan tərəfi “Dağlıq Qarabağın” müstəqilliyinin tanınması qarşılığında sülhə gedəcəyini bildirmişdi. Yəni lokanik desək, sülhdən imtina edir, işləri çətinləşdirir. Amma kompromis Ermənistan üçün daha sərf edəndir”.


Loading...