Azərbaycan xalqı ağı qaradan seçməyi bacaran xalqdır
Siyasət
19.04.2021 12:16
102

Azərbaycan xalqı ağı qaradan seçməyi bacaran xalqdır

Xalqımızın son qərində ermənilər tərəfindən başına gətirilən müsibətlər və torpaq itkilərinin səbəbi, məhz tarixi həqiqətlərin xalqdan gizlədilməsi və ya tarixi həqiqətlərin təhrif edilməsi olmuşdur.

1992 ci ildə əlacsızlıqdan hakimiyyətə gələn bir qrup səriştəsiz insanlar özləri üçün tarixi bünövrə  kimi 1918-1920-ci illərdə yaranmış Azərbaycan Xalq Cumhuriyyətini örnək götürməyə və bu tarixi həqiqəti emal etməmiş xalqa sırımağa çalışırdılar. Məhz bu cür tarixi saxtakarlığı təhlil etməmiş, onlar özləri də, qurmaq istədikləri hökumətləri də öz tarixi sələflərinin taleyini yaşamağa məhkum oldu.

Sovet dönəmində Burjua – mulkədar hökuməti kimi təqdim edilən, AXC-Musavat cütlüyünün hakimiyyəti dövründə isə az qala 1918-ci ildən əvvəl azərbaycan xalqının dövlətçilik tarixinin olmadığını, məhz Azərbaycan Xalq Cumhuriyyəti ilə yarandığını təbliğ edən, adını tarixçi, millətçi, xalq carçısı qoyan əslində isə heç bir idarəçilik səriştəsi olmayanlar, başa düşməliydilər ki, bir əsrdə iki dövlət yaratmaq cəhdinin arxasında ən azından minillik dövlətçilik ənənələrinə malik bir xalq dayanır.

Elə bir xalq ki,  o xalq ən pis günündə, bölgələrə parçalandığı bir vaxtda, dahi şəxsiyyət, xalqı öz arxasınca aparmağı bacaran, populist və reallıqdan uzaq, boşboğazlıqla məşğul olan insanları tarixin zibilliyinə atan, xilaskar missiyanı öz üzərinə götürməyi bacaran Heydər Əliyev dühası yetişdirə bilir. O, şəxsiyyət ki, bu gün Azərbaycan tarixinin ən böyük sərkərdəsini bəxş edib Azərbaycana. Bəli, əminliklə deyə bilərik ki, Azərbaycan tarixinin bu gün ən şərəfli dövrüdür. Müasir dünyada bəlkə də mümkün olmayanı etdi Azərbaycan Respublikası. Çünki, illərlə düşünülmüş, məqsədyönlü siyasət apardı Ali Baş Komandanımız. Eşq olsun Azərbaycana, Eşq olsun onun yorulmadan, dövlətinin, xalqının rifahı naminə çalışan Lideri cənab İlham Əliyevə!

 
Rövşən Həsənov

Neftçala rayon sakini, ziyalı  

Loading...