Azərbaycana gətirilən çörək mayaları gömrük rüsumundan azad edilib
İqtisadiyyat
12.05.2022 20:56
833

Azərbaycana gətirilən çörək mayaları gömrük rüsumundan azad edilib

“Azərbaycan Respublikasının  xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

MediaBaku.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı  qərar  imzalayıb.

Qərara əsasən, ölkə ərazisinə idxal olunan maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları gömrük rüsumundan azad edilib.

Bundan başqa, Azərbaycana gətirilən  bir sıra tərəvəz bitkilərinin toxumları, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar da gömrük rusumundan azad edilib.

Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Loading...
Loading...