ŞAD XƏBƏR! Yoluxanların sayı 400-dən aşağı düşdü - Aylar sonra ilk
Cəmiyyət
01.01.2021 18:21
292

ŞAD XƏBƏR! Yoluxanların sayı 400-dən aşağı düşdü - Aylar sonra ilk

Azərbaycanda bu gün koronavirus infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3 858 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

MediaBaku.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  219 041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 188 280  nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 nəfərdir.

Ölkədə son sutka ərzində 4473, hazırkı dövrədək isə  2199939 test aparılıb.

Loading...