Siyasət
16.12.2020 09:50
130

"Azərbaycanda 35 yaşına qədər hər kəs hər il hərbi təlim keçməlidir” - AÇIQLAMA

"Şanlı Azərbaycan ordusunun modern hərbi silah və texnikadan istifadə edərək müasir taktika və strategiya ilə apardığı müharibədə qismən az şəhidlə (20 min kvadrat km ərazini terrorçulardan istifadə edən erməni azğınlarından təmizləmək azı iki dəfə çox şəhid verməklə qurtara bilərdi) qalib gəlməsi Azərbaycanın yeni ,müasir tarixinin yazılmasına start verir. Döyüşdə zabitlərin faizinin həddən artıq çox olması göstərir ki, Azərbaycan rəhbərliyi döyüşü xüsusi hazırlıqlılarla aparmaqla az təcrübəli əsgərlərin kütləvi  həlak olmasının qarşısını ala bilib. Zabitlərin əsgərlərin önündə getməsi qələbənin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan höküməti bütün əsgərlərini xüsusi təyinatlılar səviyyəsində hazırlaması istənilən düşməni müharibədən çəkindirər. Azərbaycanda ordunun formalaşdırılmasında bəzi Avropa ölkələrinin siyasətindən istifadə etmək olar. Əsgərlikdə qulluq etmiş istənilən vətəndaş 35 yaşına qədər hər il 15-30 gün hərbi təlim keçməli və istənilən vaxt vuruşmağa hazır olmalıdır. Beləliklə, Azərbaycanda hər zaman döyüşə hazır olan azı 500 min döyüşçü olmalıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Azərbaycan və Ermənistanla razılığa gəlib sülh məramlı qüvvələri Laçın karidoru və Dağlıq Qarabağda yerləşdirmiş Rusiya istənilən vaxt bu hərbi kontinentin artırmasını tələb edə bilər: “Onun üçün onlarla səbəb göstərə bilər. Rusiyanın xarici siyasəti qonşu ölkələri həmişə qorxu içərisində saxlamağın üzərində qurulub. Rusiya Azərbaycana qarşı bu qorxu siyasətini gücləndirəcək. Azərbaycan buna hazır olmalıdır və geri çəkilməməlidir. Geriyə atılan bir addım çox fatal nəticələr verə bilər. Türkiyə ordusunun heç olmazsa,  Naxçıvanda sayının və gücünün bir neçə dəfə artırılması çox mühüm rol oynaya bilər. Naxçıvanın 30 minlik ordusu, insan potensialı imkan verir. Həm də Azərbaycanın başqa regionlarından 20-30 min əsgər, zabit ora göndərilə bilər və üstəgəl 10 min Türk ordusu... Bu, böyük müharibə olarsa, Ermənistanı məğlub etməyə kifayət edər. Bu tədbirlərin görülməsi əsasən müharibə etmək üçün deyil, etməmək üçündür. Belə hazırlıqlı Azərbaycanla heç kim müharibə etməyə cəhd etməz, dil tapmağa çalışar. Azərbaycanın daxilində yerləşdirilmiş Rus qoşunu faktoru Azərbaycan üçün ən ağır nəticələr verə biləcək faktordur. Azərbaycan xarici siyasətinin strategiya və taktikasının nədən ibarət olduğunu Şərq ölkələrindən tutmuş Avropaya qədər, Yaponiyadan tutmuş ABŞ-a qədər bütün ölkələrə çatdırmağa çalışmalıdır, tərədarlarının sayını artırmalıdır. Son hadisələr Prezident və onun komandasının bu işi görməyə qadir olduğunu təsdiqləyir”.

Loading...