Azərbaycanda 7 min manatdan çox maaş alan tibb işçiləri var
Sosial
13.05.2022 14:05
1507

Azərbaycanda 7 min manatdan çox maaş alan tibb işçiləri var

“Son bir il ərzində qeyri-tibb heyəti üzrə ölkədə minimum maaş 294 manatdan 406 manata çatdırılıb. Bu isə təxminən 38 faiz artım deməkdir”.

MediaBaku.az xəbər verir  ki,  bu fikirləri  Milli Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən  iclasında deyib.

Onun sözlərinə görə, maaşın yuxarı həddi isə 665 manatdan 7 123 manata çatdırılıb: “Son bir il ərzində  orta  tibb  heyəti  üzrə maaş 294 manatdan 506 manata çatdırılıb.

Bu da təxminən 72 faiz artım deməkdir. Bu isə o deməkdir ki, mövcud sistem işlədikcə həkimlərlə yanaşı, həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq”.

Loading...
Loading...