Azərbaycanda dəhşət! Hamilə qadını aparan təcili yardım
Hadisə
18.12.2020 22:41
250

Azərbaycanda dəhşət! Hamilə qadını aparan təcili yardım "Kamaz"la toqquşdu

Şəmkirdə 3 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.


MediaBaku.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.


Yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili COVID-19 xəstəsi olan hamilə qadını aparırmış.


Hadisə zamanı xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsü, 1966-cı il təvəllüdlü Ağstafa rayon sakini, Qoşqar Namazov, Qazax rayon Təcilli Tibbi Yardım Stansiyasının tibb bacısı, 1959-cu il təvəllüdlü rayon sakini Sevda Nəsibova və Qazax rayon sakini Jalə İsmayılova xəstəxanaya yerləşdiriliblər. Yaralılardan tibb bacısının vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Loading...