Azərbaycanda gecə saatlarında dəhşət:  3 nəfər uşağın meyiti sudan belə çıxarıldı (18+VİDEO)
Hadisə
09.06.2021 08:52
647

Azərbaycanda gecə saatlarında dəhşət: 3 nəfər uşağın meyiti sudan belə çıxarıldı (18+VİDEO)

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda azyaşlıların su anbarında boğulması ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, dünən  axşam saatlarında nazirliyin 112 Qaynar xətt nömrəsinə Cəlilabad rayonu, Gülməmmədli kəndində 3 nəfərin suda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Dalğıc Axtarış Qrupu tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində bir azyaşlı və iki yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər. Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub və o, xəstəxanaya yerləşdirilib. Uşaqların meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Loading...