Azərbaycanda gecə vaxtı üzücü xəbər:  Yaralılar var
Hadisə
17.12.2020 21:16
207

Azərbaycanda gecə vaxtı üzücü xəbər: Yaralılar var

Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var.

MediaBaku.az.Az Apa-ya istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində rayonun hüquq-mühafizə orqan əməkdaşları araşdırma aparır.

Loading...
Loading...