Azərbaycanda güclü partlayış  - xəsarət alanlar var
Hadisə
04.12.2020 23:34
160

Azərbaycanda güclü partlayış - xəsarət alanlar var

Samuxda qaz partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, C.Qurbanov evdə işığı yandıran zaman partlayış baş verib. Təfərrüatlar araşdırılır.

Loading...
Loading...