Azərbaycanda iki həftləlik evdən çıxma qadağası  - Yoluxma azalacaq?
Cəmiyyət
04.12.2020 22:51
126

Azərbaycanda iki həftləlik evdən çıxma qadağası - Yoluxma azalacaq?

"Koronavirusa yoluxma sürətinin azaldılması ilə bağlı bütün qərarları Operativ Qərargah verir. Operativ Qərargah gündəlik yoluxma dinamikasını təhlil edir və mübarizənin effektiv təhlili ilə bağlı qərarlar qəbul edir"

MediaBaku.az bildirir ki, bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, hazırda ölkə üzrə bir neçə inzibati ərazi vahidləri yoluxmaların kəskin artdığına görə qapanıb:

"Amma çox təəssüf ki, ölkə üzrə yoluxmaların dinamikası artmaqda davam edir. Son günlərin dinamikası onu göstərir ki, daha ciddi, sərt addımların atılmasına ehtiyac var. Koronavirus infeksiyası artıq cəmiyyətin içinə geniş daxil olub və insanlar bundan əziyyət çəkir. Son vaxtlar iki həftəlik bütöv qapanma qərarının verilicəyi ilə bağlı müzakirələri eşidirik. Mən də düşünürəm ki, indi buna ehtiyac var. İnsanların hərəkətinə iki həftə ərzində maksimum məhdudiyyət tətbiq olunmalıdır. Virusun küçələrdə daşınmasının qarşısı alınmalıdır. Koronavirusla bağlı insanlar onsuz da əziyyət çəkirlər. Əgər biz iki həftələik tam qapanmanı tətbiq edərək yoluxmaların sayını azalda bilsək, bu, yaxşı nəticə olar. Koronavirusa qarşı vaksin və ya effektiv dərman tətqiq olunana qədər biz belə məhdudiyyətlərlə yaşamalıyıq və sağlamlığımız naminə rahatlığımızdan əl çəkməliyik".

Loading...