Azərbaycanda metro bu tarixdən işləyəcək  - RƏSMİ AÇIQLAMA
Ölkə
06.01.2021 17:15
2868

Azərbaycanda metro bu tarixdən işləyəcək - RƏSMİ AÇIQLAMA

Son bir neçə gündə Azərbaycanda yoluxanların sayı kəskin azalıb. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının azalması yanvarın 18-də yumşalmaların olma ehtimalını artırır. Hətta yanvarın 18-də metronun da fəaliyyətə başlayacağı ilə bağlı iddialar da var.

MediaBaku.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bununla bağlı bizə məlumat verilməyib:

"Yanvarın 18-də metronun açılacağı ilə bağlı hər hansı məlumat bizə daxil olmayıb. Həmişə olduğu kimi biz öz işlərimizi davam etdiririk. İkinci qərar olmasa, yanvarın 31-i metro yenidən öz fəaliyyətinə başlayacaq".

Loading...
Loading...