Azərbaycanda son sutkada 2 nəfər COVID-19-a yoluxub
Sağlamlıq
23.05.2022 16:57
592

Azərbaycanda son sutkada 2 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, müalicə olunamlar arasında  sağalan  olmayıb.

 Bu barədə MediaBaku.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 714 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 782 957 nəfər  müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka  ərzində  1 842, hazırkı dövrədək isə 6 874 348 test aparılıb.

Loading...
Loading...